Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov avqust ayında vətəndaşlarla keçirəcəyi səyyar qəbul-görüşlərin qrafikinə əsasən, avqust ayının 3-də Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşan rayon sakinləri ilə görüşüb. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbələri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, idarə və təşkilat rəhbərləri iştirak ediblər. Görüş zamanı sakinlər onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlər arasında iş, mənzillə təminat kimi məsələlər üstünlük təşkil edib.